YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Beyləqan seçiciləri bu dəfə də YAP-ın namizədlərini dəstəkləyəcəklər

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Beyləqan rayonu Kəbirli kəndi və Şərq qəsəbəsində Kəbirli və Birinci Aşıqlı bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə bələdiyyə institutunun yerli demokratiyanın göstəricisi olduğunu vurğulayan YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov ölkəmizdə bələdiyyələrin yaranma tarixi, ötən dövr ərzindəki fəaliyyətləri, dövlətimiz tərəfindən yerli özünüidaəetmə orqanlarına göstərilən dəstək barədə ətraflı məlumat verib. O, yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçirilməsi üçün hər cür şərait yaradıldığını deyib. M.Səfərov hər zaman dövlətçiliyə sədaqəti ilə seçilən Beyləqan seçicilərinin bu dəfə də YAP-ın namizədlərinə səs verəcəklərini deyiblər.

Seçki qərargahının üzvləri Niyaməddin Əsgərov, Elvin Məmmədov və bələdiyyə üzvlüyünə namizədlər - Qulu Zeynalov, Şəhriyar Rəhimov, Əlizadə Nəsirov, Taleh Məmmədov vətəndaşları seçkilərdə fəal iştirak edərək yüksək rifah naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.