YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Zəfər partiyası növbəti dəfə qalib gələcək

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şəmkir rayonu, Şəmkir bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev ölkəmizdə bələdiyyələrin yaranması, ötən dövr ərzindəki fəaliyyəti, dövlətimiz tərəfindən yerli özünüidaəetmə orqanlarına göstərilən dəstəkdən danışıb. O, yanvarın 29-da bələdiyyə seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçirilməsi üçün hər cür şərait yaradıldığını bildirib. Onun sözlərinə görə, xalqın etimadını layiqincə doğruldan, ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvə olan YAP növbəti bələdiyyə seçkilərinə yeni reallıqlar və çağırışlar fonunda böyük qələbə əzmi ilə qatılıb.  “Zəfər partiyası növbəti dəfə qalib olacaq”, - deyə bildirilib.

Görüşdə seçki qərargahının üzvləri - Famil Həmidov, Vasif Nəbiyev və bələdiyyə üzvlüyünə namizədlər Vüqar Həsənov, Nizami Qurbanov YAP-ın ölkəmizdə keçirilmiş bütün seçkilərdə qazandığı parlaq qələbələrdən ətraflı söz açıblar. Qazanılan nailiyyətlərlə yanaşı, qarşıda duran vəzifələrdən də bəhs olunub.

Görüş zamanı seçicilər bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini vurğulayıblar.