YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Vətəndaş məmnunluğu naminə...

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Nəsimi rayonu, Nəsimi bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov  bildirib ki, siyasi sistemin aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyası 1999, 2004, 2009, 2014 və 2019-cu illərdə keçirilmiş bələdiyyə seçkilərində fəal iştirak edərək inamlı qələbələr qazanıb. Təşkilat sədri YAP-ın növbəti bələdiyyə seçkilərinə də yüksək səviyyədə hazırlaşdığını diqqətə çatdırıb.

Tədbirdə  təşviqat qrupunun üzvləri – YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı və Vətən müharibəsi qazisi Rüfət Salmanov, bələdiyyə üzvlüyünə namizəd Mətləb Məmmədov ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıblar. Qeyd olunub ki, bələdiyyələr indiyədək sosial məsələlərin həlli, məşğulluğun təmin edilməsi və bir sıra mühüm layihələrin icrasında əhəmiyyətli rol oynayıb. Qarşıda duran əsas vəzifələr isə yerli özünüidarəetmənin təkmilləşdirilməsi və vətəndaş məmnunluğunun artırılmasıdır. Seçkilər nəticəsində yeni bələdiyyələrdə təmsil olunacaq YAP üzvləri də bu istiqamətdə fəaliyyət göstərəcəklər.

Görüşdə çıxış edən seçicilər YAP-ın namizədlərinə səs verəcəklərini vurğulayıblar.