YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

“Naftalan seçiciləri ümumxalq partiyasının namizədlərinə səs verəcəklər”

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Naftalan şəhəri, Naftalan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP  Naftalan şəhər  təşkilatının sədri Rövlan Heydərov qeyd edib ki, ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvə olan Yeni Azərbaycan Partiyası bütün seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərinə də yüksək fəallıqla başlayıb. O,  bütün seçiciləri yanvarın 29-da seçki məntəqələrinə dəvət edərək Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləməyə çağırıb.

Görüşdə çıxış edən seçki qərargahının üzvləri Zülfümar Nuriyeva, Elsivar Qəmbərov və digərləri qeyd ediblər ki, siyasi sistemin aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyası  hər zaman inamlı qələbələr qazanıb. Çıxış edənlər son illər ölkəmizdə gedən sosial-iqtisadi inkişafdan, ötən müddət ərzində partiya üzvlərinin təmsil olunduqları müxtəlif bələdiyyələrin gördüyü işlərdən danışıblar.

Öz növbəsində seçicilər isə YAP-ı dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcələrini vurğulayıblar. “Naftalan seçiciləri ümumxalq partiyasının namizədlərinə səs verəcəklər”, - deyə vurğulanıb.