Seçki xəbərləri
YAP xalqın iradəsinin ifadəçisidir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Masallı rayonu, Ərkivan və Banbaşı bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, ölkəmizdə ötən müddət ərzində yerli özünüidarəetmənin inkişafı üçün mühüm addımlar atılıb, zəruri qanunlar qəbul edilib və bələdiyyələrin fəaliyyəti təkmilləşdirilib.
Təşviqat qrupunun üzvləri - Əntiqə Tağıyeva, Nahid Rəhimov, Ülvi Rufullayev və bələdiyyə üzvlüyünə namizədlərdən Mazan Kamalov yerli özünüidarəetmə orqanlarının qarşısında duran vəzifələrdən bəhs ediblər. Qeyd olunub ki, yeni mərhələdə bir sıra Dövlət proqramları çərçivəsində bələdiyyələrin öz ərazilərində sahibkarlıq üçün münbit şərait yaratması, öz xidmət sahələrini, bələdiyyə müəssisələrini, təsərrüfat subyektlərini təşkil etməsi, turizm sektorunu əhatə edən layihələr icra etməsi nəzərdə tutulur ki, bu da region iqtisadiyyatının dinamik inkişafına dəstək kimi olduqca əhəmiyyətlidir.
Çıxış edən seçicilər bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini ifadə ediblər. “YAP xalqın iradəsinin ifadəçisidir” ,- deyə vurğulanıb.