Seçki xəbərləri
Xalqın YAP-a inamı sonsuzdur!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qəbələ rayonu, Qəbələ bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov ölkəmizdə bələdiyyələrin yaranmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. “Ulu Öndər Heydər Əliyevin yerli özünüidarəetmənin inkişafı ilə bağlı müəyyən etdiyi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədlərin xalqımız tərəfindən dəstək alacağına inanırıq”, - deyə o vurğulayıb.
Görüşdə yerli seçki qərargahının üzvləri Esmira Əsədova, Mehman İsmayılov, bələdiyyə üzvlüyünə namizədlər Ramin Əliyev, Nərmin Cabbarlı və Sübhan Şeydayev YAP-ın yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazandığını qeyd ediblər. “Xalqın YAP-a inamı sonsuzdur!”, - deyə bildirilib.
Çıxış edən seçicilər isə bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.