Seçki xəbərləri
“Seçimimiz Yeni Azərbaycan Partiyasıdır!”
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Balakən rayonu, Katex və Kortala bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Balakən rayon təşkilatının sədr müavini Qurban Qaraisayev bildirib ki, Prezident İlham Əliyevin 2024-cü ildə imzaladığı “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” qanun bələdiyyələrin fəaliyyətinin səmərəliliyini artırmaq və yerli özünüidarəetməni gücləndirmək məqsədi daşıyır. O bildirib ki, həyata keçirilən tədbirlər nəticəsində əhaliyə göstərilən xidmətlərin keyfiyyəti artacaq.
Tədbirdə bələdiyyə üzvlüyünə namizədlər - Nicat Mikayılov, Rəfiqə Xatatiyeva, Xatirə Muradova yüksək həyat standartlarının təmin edilməsi üçün yerli özünüidarəetmə orqanlarının mövcud resurslardan daha səmərəli istifadəsinin, ailə-kəndli təsərrüfatlarının, fərdi sahibkarlığın inkişafına dəstək verilməsinin aktual çağırışlar sırasında olduğunu deyiblər.
Görüşdə çıxış edən seçicilər qarşıdan gələn bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini qeyd ediblər. “Seçimimiz Yeni Azərbaycan Partiyasıdır!” , - deyə bildirilib.