Seçki xəbərləri
Yeni Azərbaycan Partiyası seçkiqabağı təşviqat kampaniyasına start verib

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar yanvarın 6-da seçkiqabağı təşviqat mərhələsi başlanıb.
Yeni Azərbaycan Partiyası (YAP) təşviqat kampaniyasına uğurla start verib. Yanvarın 6-sı saat 00:00-dan etibarən YAP-ın bələdiyyə seçkilərinin keçiriləcəyi 118 seçki dairəsi üzrə irəli sürdüyü namizədlərin təşviqat plakatları qanunvericiliyin tələblərinə müvafiq olaraq müəyyən edilmiş ünvanlarda yerləşdirilib.