YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Sumqayıtlılar “Seçimimiz bəllidir” deyirlər

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 44 saylı Sumqayıt üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mehriban Vəliyevanın Sumqayıt şəhər 18-ci mikrorayon və “Yaşıl dərə” massivində yaşayan seçicilər ilə görüşləri keçirilib.

Görüşləri giriş sözü ilə açan namizədin vəkili Ofelya Babayeva Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolunu Azərbaycanı tərəqqi və Zəfər zirvəsinə yüksəltdiyini deyib. O, partiyanın hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını vurğulayaraq YAP-ın bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib. Daha sonra namizəd Mehriban Vəliyeva haqqında seçicilərə məlumat verilib.

Çıxış edən deputatlığa namizəd Mehriban Vəliyeva YAP-ın seçki platforması haqqında ətraflı danışıb. O, Prezident, Partiyanın Sədri İlham Əliyevin ölkəmizə misilsiz tarixi nailiyyətlər qazandırdığını söyləyib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasını müasir dövlətçilik tariximizin şanlı səhifəsi olaraq dəyərləndirib.

Görüşlərdə, həmçinin şəhid atası Sovet Şükürov və digərləri çıxış edərək seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.

Seçicilər 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.