YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

İnkişafa gedən yol

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 99 saylı Bərdə seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Fatma Yıldırımın Bərdə rayonu, Qaraməmmədli və Samux kəndlərində seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşləri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya bildirib ki, Azərbaycan müasir dövlətçilik tarixinin mühüm nailiyyətlərlə zəngin olan şərəfli bir dönəminə uğurla yekun vuraraq yeni dövrə qədəm qoyub. O, qarşıya qoyulan vəzifələrin uğurla icra edildiyini, hədəflərə yüksək səviyyədə nail olunduğunu qeyd edib.

Çıxış edən deputatlığa namizəd Fatma Yıldırım qeyd edib ki, xalqın sevgisini qazanan Yeni Azərbaycan Partiyası gələcəyə böyük inamla addımlayır. O, bu gün heç kimdən asılı olmayan Azərbaycanın inamla, uğurla inkişaf etdiyini, öz xarici siyasətini də buna uyğun şəkildə apardığını ifadə edib.

F.Yıldırım yeni dövrdə növbəti hədəfləri reallaşdıraraq daha möhtəşəm nailiyyətlər qazanmaq üçün seçiciləri parlament seçkilərində fəal olmağa, Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləməyə çağırıb. 

Görüşlərdə təşviqat qrupunun üzvü, şəhid anası İsbət Hətəmova və digərləri bəyan ediblər ki, uğurlarımızın davamı naminə qarşıdan gələn parlament seçkilərində YAP növbəti möhtəşəm qələbəsini qazanacaq.

Görüşlər Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.

Sonra Fatma Yıldırım seçicilərlə fərdi görüşlər keçirib, həmçinin mülki şəhid Məhərrəm Mustafayevin və şəhid Ceyhun Rzayevin ailəsini ziyarət edib.