Seçki-2024
“İnkişafın şahidiyik!”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 30 saylı Suraxanı birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sevinc Fətəliyevanın Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsindəki İstirahət parkında seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Yeni Azərbaycan Partiyasının parlament seçkiləri ilə bağlı təşviqat prosesini çox uğurla apardığını qeyd edib. YAP-ın namizədlərinin cəmiyyət tərəfindən tanınıb qəbul olunduğunu bildirən təşkilat sədri Prezident İlham Əliyevin fəaliyyətinin xalqımız tərəfindən hər zaman yüksək qiymətləndirildiyini vurğulayıb.
Sevinc Fətəliyeva ilk olaraq seçicilərə YAP-ın seçki platforması haqqında məlumat verib. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin məqsədyönlü və milli maraqlara xidmət strategiyası Azərbaycanı dünyada söz sahibinə çevirib. İndi ölkəmizin mühüm ictimai-siyasi mərhələlərin astanasında olduğunu deputatlığa namizəd, həmçinin seçiciləri səsvermə hüquqlarından istifadə edərək seçkilərdə fəal iştirak etməyə dəvət edib.
Tədbirdə Ağalar Bayramov, şəhid anası Günəş Yusubova və digərləri çıxış ediblər. Onlar seçiciləri “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə seçkilərə qatılan Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıblar.
Seçicilər YAP-ın namizəd olaraq irəli sürdüyü şəxsə inandıqlarını və etibar etdiklərini bildiriblər.