Seçki-2024
Xalqın YAP-a inamı sonsuzdur
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 13 saylı Xəzər-Pirallahı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Cəlahir Əliyevin YAP Xəzər rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədr müavini Şəfayət Nənəcanov bildirib ki, sentyabrın 1-də keçiriləcək parlament seçkiləri xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi olacaq.
Çıxış edən deputatlığa namizəd Cəlahir Əliyev Azərbaycanda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində insan amili, vətəndaşların sosial durumunun dayandığı qeyd olunub.
Cəlahir Əliyev seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və Azərbaycanın gələcəyinə - dünənin, bu günün və sabahın partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə, birlikdə növbəti zəfərlərə doğru inamla addımlamağa çağırıb.
Təşviqat qrupunun üzvü Nəzrin Bayramova, gənclərdən Səkinəxanım Həsənzadə, Fidan Əsədzadə, Turan Zeynalzadə, Nigar Cəlalova çıxış edərək bildiriblər ki, Azərbaycan yeni bir dövrə qədəm qoyub və bu dönəmdə də Yeni Azərbaycan Partiyası böyük uğurlara imza atacaq.