YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

İnam və etimada əsaslanan strategiya

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Aqil Aslanovun YAP Hacıqabul rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov ölkəmizin siyasi sistemində aparıcı rola malik Yeni Azərbaycan Partiyasının bu seçkilərə möhtəşəm Zəfərdən sonra yaranmış reallıqlardan irəli gələn hədəflərlə - “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb.

Təşkilat sədri seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.

Çıxış edən deputatlığa namizəd Aqil Aslanov YAP-ın seçki platforması haqqında məlumat verib. Qeyd edib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən Azərbaycanın dövlətçilik mənafelərini qətiyyətlə qoruyub, xalqın dəstəyi ilə mühüm uğurlar qazanıb. Ötən illər ərzində bu partiyanın öz proqramına uyğun olaraq səmərəli və məqsədyönlü fəaliyyət göstərdiyi vurğulanıb.

Seçicilər isə 1 sentyabr - növbədənkənar parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.