YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Uğurumuz tarixi zəfərimizdir

Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək 2024-cü il sentyabrın 1-də növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Kamran Bayramovun Göygöl şəhərində seçicilərlə görüşü keçirilib.

Göygöl Olimpiya İdman Kompleksində keçirilən görüş zamanı əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan danışıb. O, qədirbilən Azərbaycan xalqının hər zaman Ümummilli Lider Heydər Əliyevin müdrik siyasi irsinə sadiq olduğunu və Yeni Azərbaycan Partiyasının bu günədək keçirilən bütün seçkilərdə inamlı qələbə qazandığını bildirib. Partiyanın hər zaman olduğu kimi bu seçkilərə də yüksək səviyyədə hazırlaşdığını vurğulayaraq möhtəşəm qələbə qazanacağına inamını ifadə edib.

Çıxış edən deputatlığa namizəd Kamran Bayramov əvvəlcə Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını qeyd edərək YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının xalqın inam və etimadını layiqincə doğrultduğunu, Azərbaycanın inkişafına müstəsna töhfələr verdiyini bildirərək,  Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ölkəmizə misilsiz tarixi nailiyyətlər qazandırdığını deyib və bu uğurların zirvə nöqtəsinin torpaqlarımızın işğaldan azad edilməsi-Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası olduğunu diqqətə çatdırıb.

Kamran Bayramov seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb, deputat seçiləcəyi təqdirdə ona göstərilən etimadı layiqincə doğruldacağına söz verib. 

Görüşdə çıxış edən təşviqat qrupunun üzvləri Ofeliya Rəhimova, Dilarə Qazıyeva, seçicilərdən Araz Abbasov və digərləri uğurlarımızın davamı naminə parlament seçkilərində  YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, Kamran Bayramov Göygöl rayonunun Yeni Qızılca və Xaqani kəndlərində, Bəhrambağ və Ağdağ qəsəbələrində də seçicilərlə görüşüb. Görüşlər məhəllələrdə davam etdirilib.