Seçki-2024
YAP inamlı qələbələr qazanır
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Müşfiq Cəfərovun Çobanabdallı kəndində seçicilərlə görüşü keçirilib.
Əvvəlcə kənd şəhidlərinin xatirəsinə ucadılmış abidə ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Deputatlığa namizəd Müşfiq Cəfərov ümumxalq partiyasına çevrilən, 700 mindən çox üzvü olan Yeni Azərbaycan Partiyasının ötən müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazandığını deyib. O, xalqın bu il fevralın 7-də keçirilmiş prezident seçkilərində qalib Lider İlham Əliyevə səs verdikləri kimi, 1 sentyabr - parlament seçkilərində də Prezidentin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəyinə inamını ifadə edib.
Müşfiq Cəfərov, həmçinin Samux rayon Əhmədbəyli kənd Şəhidlər xiyabanını da ziyarət edib. Milli Qəhrəman şəhid Elton İsgəndərovun və şəhid Elməddin Mürsəlzadənin ailələri ziyarət olunub.