YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Astaralıların seçimi parlaq gələcəkdir!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 79 saylı Astara seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Rəşad Mahmudovun Astara rayon Mədəniyyət Mərkəzində seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov çıxışında Yeni Azərbaycan Partiyasının iştirak etdiyi bütün seçkilərdə qazandığı qələbələrdən, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs nəticəsində ölkəmizin qazandığı nailiyyətlərdən geniş bəhs edib.

Rayon təşkilatının sədri seçiciləri 1 sentyabrda YAP-ın namizədinə səs verməyə çağırıb.

Deputatlığa namizəd Rəşad Mahmudov Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında seçicilərə geniş məlumat verib. O, müstəqil Azərbaycanın Cənubi Qafqazın lider ölkəsi olmaqla yanaşı, həm də beynəlxalq aləmdə böyük nüfuza, güclü iqtisadiyyata, müstəqil siyasətə və qüdrətli orduya malik bir ölkə kimi tanınmasından ətraflı bəhs edib.

Deputatlığa namizəd ölkəmizin əldə etdiyi bütün uğurların dövlət başçısı tərəfindən aparılan məqsədyönlü siyasətin fonunda baş verdiyini xüsusi vurğulayıb.  Bildirib ki, Vətən müharibəsində və lokal antiterror tədbirlərində qazanılan parlaq qələbələr tarixi ədaləti bərpa edib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunub və budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçiriləcək.   

Görüş iştirakçılarından Sudeyf İmamverdiyev, Elnur Rüstəmov, Bəhram Şiriyev, Heybət Hüseynov və şəhid atası Kamran Kazımov Azərbaycanın tərəqqisində Yeni Azərbaycan Partiyasının rolundan bəhs ediblər. Onlar seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıblar.