YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP qaliblər partiyasıdır

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 114 saylı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Vüqar İskəndərovun Şəki rayonu, Zunud kəndində seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov dünənin, bu günün və gələcəyin partiyası olan  Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə qatıldığı “Yeni dövrə yeni Azərbaycanla!” şüarını diqqətə çatdırıb. O vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının başlıca amalı ölkəmizin qüdrətini artırmaq, Azərbaycanın iqtisadiyyatını daha da inkişaf etdirmək, bunların da fonunda əhalinin sosial müdafiəsini gücləndirməkdir. Daşqın Mikayılov bu dəfə də YAP-ın möhtəşəm qələbə qazanacağına inamını ifadə edib.

Çıxış edən deputatlığa namizəd Vüqar İskəndərov daim müstəqil Azərbaycanın daha da qüdrətlənməsi, çiçəklənməsi, müasirləşməsi istiqamətində ciddi səylər göstərən YAP-ın bütün seçkilərdə böyük fəallıq nümayiş etdirdiyini vurğulayıb və YAP-ın  seçki platforması haqqında ətraflı məlumat verib. O qeyd edib ki, Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində Azərbaycanın bütün dünya miqyasında nümunəvi sayılan və bir sıra mütərəqqi cəhətləri ilə fərqlənən yeni inkişaf modeli formalaşıb. Ali Baş Komandanın qətiyyətli mövqeyi nəticəsində, Azərbaycanın ərazi bütövlüyü təmin edilərək tarixi ədalət bərpa olundu. Vüqar İskəndərov vurğulayıb ki, budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdardır.

Vüqar İskəndərov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. 

Tədbirdə təşviqat qrupunun üzvləri Əsgər Abdullayev, Nəriman Səmədov və Vətən müharibəsi şəhidi Elmir Umudlunun babası Nəriman Umudov çıxış ediblər.

Çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, həmin gün Vüqar İskəndərov Şəki rayonunda şəhid ailələrini ziyarət edib, həmçinin rayonun Aşağı Şabalıd kəndində, Şəhriyar küçəsində və Dodu məhəlləsində də görüşlər keçirib.