YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP-a xalqımızın inamı və etimadı böyükdür

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 38 saylı Gəncə birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Naqif Həmzəyevin YAP Gəncə şəhər təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Gəncə şəhər təşkilatının sədr müavini Orxan Əhmədov görüşü açaraq bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sözün əsl mənasında böyük zirvələrə doğru irəliləyir, qüdrətini daha da artırır: “Dahi şəxsiyyətin siyasətini uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev xalqın və dünyanın gözləri qarşısında öndə gedən liderlərdən biri kimi yüksəldi, böyük nüfuz qazandı”.

Görüş zamanı deputatlığa namizəd Naqif Həmzəyev ölkəmizdə həyata keçirilən siyasi və iqtisadi islahatlardan, sosial-iqtisadi sahədə, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan uğurlardan, 44 gün davam edən Vətən müharibəsində Şanlı Ordumuzun parlaq qələbəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsindən danışaraq vurğuladı ki, Azərbaycanın taleyi etibarlı əllərdədir: “Bunu təkcə Azərbaycan xalqı yox, beynəlxalq reytinq təşkilatları da açıqladıqları hesabatlarda qeyd edirlər”.

Tədbirdə Mehman Rzayev, Səbinə Əlizadə və dıgərləri çıxış edərək bildiriblər ki, Yeni Azərbaycan Partiyasına xalqımızın inamı və etimadı böyükdür. Bu seçkilərdə də xalq partiyaya, həyata keçirilən uğurlu siyasətə dəstəyini seçimləri ilə təsdiqləyəcək.

Öz növbəsində çıxış edən seçicilər YAP-ın namizədi Naqif Həmzəyevə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, deputatlığa namizəd Naqif Həmzəyev seçicilərlə fərdi görüşlər də keçirib.