YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP xalqın dəstəyinə güvənir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 59 saylı Quba seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əlibala Məhərrəmzadənin YAP Quba rayon təşkilatının qərargahında gənclər, idmançılar, o cümlədən  ilk dəfə səs verəcək seçicilərlə  görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova ölkəmizdə müşahidə olunan inkişafın Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı - Prezident İlham Əliyev tərəfindən aparılan kompleks və sistemli islahatlar nəticəsində əldə olunduğunu söyləyib. F.Hüseynova Azərbaycanın milli maraqlarının qorunmasına xidmət edən mükəmməl iqtisadi strategiyanın ölkəmizi yüksək inkişaf yoluna çıxardığını bildirib.

Çıxış edən deputatlığa namizəd Əlibala Məhərrəmzadə ölkəmizdəki seçki prosesi haqqında gənclərə məlumat verib. Milli Məclisə seçkilərə hazırlıqla bağlı görülən işlərdən, seçki qərargahının fəaliyyətindən, eləcə də təbliğat kampaniyası çərçivəsində seçicilərlə keçirilən çoxsaylı görüşlərdən bəhs edib. Namizəd gənclərimizə hər zaman diqqət və qayğının olduğunu, xüsusi dövlət proqramlarının icra olunduğunu, onların cəmiyyətdə layiqli təmsil olunması istiqamətində bundan sonra da mühüm islahatların həyata keçiriləcəyinə əminliyini bildirib.

Görüşdə çıxış edənlər - Laçın Səfərəliyev, Elza Orucova, Ramiz Həmzəyev və başqaları Azərbaycanın müstəqillik əldə etdikdən sonra ölkədə gedən sosial-iqtisadi inkişafa siyasi islahatlara diqqət çəkərək bildiriblər ki, ölkədə gedən proseslərdə gənclərin də rolu var və gənclər bu işdə fəal olmalıdırlar.

Çıxış edən seçicilər  “Yeni dövrə yeni Azərbaycanla" şüarı ilə seçkilərə qatılan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.