Seçki-2024
Yeni hədəflər gerçəkləşir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Musa Mustafayevin Qaradağ rayonu, Müşfiqabad qəsəbəsinin seçiciləri ilə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev ölkəmizin ictimai-siyasi həyatında 32 il yaxındır ki, böyük uğurlar qazanmış Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında ətraflı məlumat verib. O, işğal altında olan ərazilərimizin tam azad edilməsi ilə başa çatan tarixi Zəfərimizdən, hazırda bu torpaqlarda aparılan nəhəng bərpa və quruculuq işlərindən bəhs edib. Ölkəmizin yeni dövrə qədən qoyduğunu qeyd edən Q.Əliyev bu mərhələdə ölkəmizin qarşısında yeni imkanlar açıldığını bildirib.
Deputatlığa namizəd Musa Mustafayev haqqında məlumat verən rayon təşkilatının sədri seçiciləri YAP-ın namizədini dəstəkləməyə çağırıb.
Deputatlığa namizəd Musa Mustafayev ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı quruculuq işlərindən, aparılan islahatlardan danışıb. O, Azərbaycanın ən güclü ictimai-siyasi təşkilatı olan YAP-ın daim qələbələr qazandığını diqqətə çatdırıb.
Seçki qərargahının üzvü Tahir Xəlilov, seçicilərdən Razimə İbrahimova, Aidə Davudova və digərləri YAP-ın parlament seçkilərində uğurlu nəticələr əldə edəcəyinə əminliklərini ifadə ediblər.