YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Uğurlu gələcəyə səs verək!”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 69 saylı Biləsuvar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elməddin Əliyevin Biləsuvar rayonu, Dərvişli kəndində seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı bildirib ki, partiyanın “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı özündə həm keçilən yolu, həm də qarşıdakı dövrün hədəflərini açıqlayır. O, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş YAP-ın cənab İlham Əliyevin rəhbərliyi ilə yeni nailiyyətlərə, tarixi zəfərlərə imza atdığını qeyd edib.

Deputatlığa namizəd Elməddin Əliyev əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin uğurlarından danışıb. Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam təmin olunmasını qeyd edən E.Əliyev budəfəki parlament seçkilərinin ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdar olduğunu bildirib.

E.Əliyev seçiciləri 1 sentyabrda fəal olmağa, seçki məntəqələrinə gedərək səsvermədə fəal iştirak etməyə dəvət edib.

Çıxış edən seçicilər parlament seçkilərində fəal iştirak edəcəklərini və YAP-ın namizədinə səs verəcəklərini qeyd ediblər.