YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“YAP-a inamımız sonsuzdur!”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 46 saylı Sumqayıt beşinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elnarə Akimovanın Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsi ərazisində yaşayan seçicilərlə görüşü keçirilib.

Görüşdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə çıxış edən deputatlığa namizəd Elnarə Akimova YAP-ın seçki platforması haqqında geniş danışıb. Elnarə Akimova Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu çox sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq davam etdirdiyini, ona dinamizm, çeviklik əlavə etdiyini vurğulayıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.

Tədbirdə çıxış edən təşviqat qrupunun üzvləri çıxış edərək bildiriblər ki, Azərbaycanın müasir dövlətçilik tarixinin mühüm nailiyyətlərlə zəngin olan şərəfli bir dönəminə uğurla yekun vuraraq yeni dövrə qədəm qoyub. Natiqlər çıxışlarında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıblar.

Görüşdə çıxış edən seçicilər uğurlarımızın davamı naminə YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.

Həmin gün deputatlığa namizəd Elnarə Akimova Vətən müharibəsi şəhidi Əhmədov Kənan Ləzgi oğlunun ailəsini ziyarət edib.