YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Xoşbəxt gələcəyə doğru

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 11 saylı Binəqədi-Qaradağ seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Səbinə Xasayevanın Qaradağ rayonu, Lökbatan qəsəbəsində seçicilərlə görüşü keçirilib.

Görüşdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.   

Görüşü giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ölkəmizin inkişaf strategiyası bu gün Prezident, YAP-ın Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmizi Zəfərdən Zəfərə aparır. Dövlət başçısının uzaqgörən siyasəti və apardığı uğurlu islahatlar nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrildiyi qeyd olunub.

Təşkilat sədri vurğulayıb ki, zamanında atılan addımlar nəticəsində dövlətimiz ərazi bütövlüyünü bərpa edərək, yeni inkişaf dövrünə qədəm qoyub.

Deputatlığa namizəd Səbinə Xasayeva YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, qeyd edib ki, Yeni Azərbaycan Partiyası 1 sentyabr - növbədənkənar parlament seçkilərinə böyük qələbə əzmi ilə qatılıb. S.Xasayeva bildirib ki, ümumxalq partiyasına çevrilən YAP sıralarında bütün kateqoriyadan olan insanları birləşdirib, qarşıda qoyulmuş hədəflərə çatmaq üçün bütün qüvvə və bacarığını səfərbər edərək ölkəmizi xoşbəxt gələcəyə doğru qətiyyətlə aparır. Hazırda ölkəmizdə aparılan nəhəng bərpa və quruculuq işlərinin Azərbaycanın xoşbəxt gələcəyi üçün ciddi zəmin yaratdığı vurğulanıb.

Təşviqat qrupunun üzvləri Zahid İbrahimov, Elçin Hüseynov, Cəmilə Xanmuradova, Kəmalə Heydərova, şəhid anası Pakizə Abbasova və digərləri Yeni Azərbaycan Partiyasının xalqımız qarşısında xidmətlərindən danışıblar.

Qeyd edək ki, həmin gün Səbinə Xasayeva Lökbatan qəsəbəsində məhəlli görüşdə iştirak edib, qazi və aztəminatlı ailələrlə görüşərək problemləri ilə maraqlanıb.