Seçki-2024
YAP növbəti uğurunu əldə edəcək
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 86 saylı Ağcabədi seçki dairəsindən namizədliyi irəli sürülmüş Tahir Rzayev seçicilərlə fərdi görüşlər keçirib.
Görüşlərdə Tahir Rzayev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi layihələrdən, tarixi Zəfərimizdən, erməni işğalından azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərindən danışıb. Yeni reallıqlar fonunda qarşıda duran yeni hədəflər barədə seçicilərə məlumat verilib.
Seçicilər “Fəxr edirik ki, parlament seçkiləri ilk dəfədir suveren Azərbaycanın bütün ərazisində keçiriləcək” deyərək YAP-ın namizədini dəstəkləyəcəklərini vurğulayıblar.