YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qələbə bizimdir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 78 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Anar İsgəndərovun Şilavar və Digah kəndlərinin seçiciləri ilə görüşü keçirilib.

Tədbirdən əvvəl deputatlığa namizəd Anar İsgəndərov və təbliğat-təşviqat qrupunun üzvləri şəhidlərin məzarlarını ziyarət ediblər.

Görüşü YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev açıb. İqbal Əmənullayev Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında ətraflı məlumat verib.

Deputatlığa namizəd Anar İsgəndərov çıxışında partiyanın seçki platforması haqqında seçicilərə məlumat verib. O, deputat seçiləcəyi təqdirdə üzərinə düşən vəzifələri bütün gücü ilə həyata keçirəcəyinə söz verib.

Görüşdə çıxış edən təşviqat qrupunun üzvü Yalçın Əliyev və Natiq Mirzəyev seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.

Qeyd edək ki, Anar İsgəndərov Lənkəran rayonunun Viyən kəndində də seçicilərlə görüşüb.