YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Uğurlu inkişaf yolu

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Zaman Məmmədovun YAP Yasamal rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, sosial-iqtisadi inkişaf, təhsil, mədəniyyət, ümumən dövlət həyatının bütün sahələrində parlaq nailiyyətlər əldə olunub. Qeyd edib ki, görülən işlərin zirvəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasıdır.

O, deputatlığa namizəd Zaman Məmmədov haqqında seçicilərə ətraflı məlumat verib.

Çıxış edən deputatlığa namizəd Zaman Məmmədov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı sağlam və möhkəm təməl üzərində Prezident İlham Əliyevin qurub-yaratdığı güclü və müasir Azərbaycan bir çox taleyüklü problemləri geridə qoyaraq, gələcəyə doğru inamla addımlayan ölkələr sırasında öz layiqli yerini tutub.

Təşviqat qrupunun üzvləri Azad Rzayev, Zahid Cəfərov və Rövşən İbrahimli ölkəmizdə keçiriləcək seçkilərin əhəmiyyətindən bəhs edib. Onlar seçicilərə parlament seçkilərində YAP-ın namizədinə səs verilməsi istiqamətində çağırışlar ediblər.

Çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, Zaman Məmmədov həmin gün Yasamal rayonu, B.Bağırova küçəsi 8 B ünvanında yaşayan seçicilərlə görüş keçirib.