YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Tarixin Zəfər səhifəsi

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mixail Zabelinin 171 saylı məktəbdə seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədr müavini Vüqar Hüseynov bildirib ki, Azərbaycan xalqı xoşbəxt xalqdır ki, Ümummilli Lider Heydər Əliyevin liderliyi ilə müasir tarixinin müstəqil dövlətini qurdu və Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Zəfərə imza ataraq güclü, suveren Azərbaycanımızın firavan gələcəyinə doğru inamla addımlayır: “Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı böyük qürur hissi ilə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən, yeni dövrə qədəm qoyaraq yeni hədəflərə nail olmaq üçün inamla addımlamasından qürurla danışır”.

Deputatlığa namizəd Mixail Zabelin bildirib ki, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin həyat amalının təntənəsidir: “Ümummilli Liderin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin başlanmasıdır. 1993-2003-cü illlərdə yaradılan möhkəm təməl üzərində Azərbaycanı zirvələrə yüksəldən Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tarixin Zəfər səhifəsini yazdı. Azərbaycan hazırda şanlı Qələbənin, həmçinin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasının yaratdığı reallıqları ilə diqqətdədir”.

Deputatlığa namizəd “Yeni dövrə yeni Azərbaycanla” şüarı ilə seçkilərə qatılan Yeni Azərbaycan Partiyasının uğurlarından bəhs edərək seçiciləri parlament seçkilərində fəal olmağa, partiyanın namizədlərinə səs verməyə çağırıb.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatı üzrə Təşviqat Qrupunun üzvü, Azərbaycan Silahlı Qüvvələrinin mayoru, şəhid Rüfət Əsgərovun atası, Xətai Rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov,  Xətai Rayon Ağsaqqallar Şurasının üzvü  Nizami Hüseynov, Sevinc Həsənova, Viktoriya Səmədova, Vəfa Əhmədova  və namizədin vəkili Firdovsi Cahangirov bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları dünənimizin, bu günümüzün və gələcəyimizin əsasıdır. YAP bu ideyaların təbliğində, həyata keçirilməsində böyük rola malikdir.

Çıxış edənlər seçiciləri seçkilərdə daha fəal olmağa, Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıblar.

Qeyd edək ki, deputatlığa namizəd Mixail Zabelinin həmin gün məhəllə görüşü də keçirilib.