YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Firəvan gələcək naminə

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Kamaləddin Qafarovun YAP Binəqədi rayon təşkilatında seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, Yeni Azərbaycan Partiyası növbəti seçkilərə də uğurla hazırlaşır. Keçirilən təbliğat-təşviqat görüşlərində seçicilərin partiyanın namizədlərinə böyük inam və etimadla yanaşdıqlarnın şahidi oluruq.

Çıxış edən deputatlığa namizəd Kamaləddin Qafarov qeyd edib ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan günü-gündən inkişaf edir, iqtisadi göstəriciləri, ordu quruculuğu, sosial təminat məsələləri daha da artırılır, siyasi sabitliyimiz təmin edilir: “Bütün uğurlarımızın fonunda isə ən böyük uğurumuz tarixi zəfərimizdir. 30 il işğal altında qalan torpaqlarımızın 44 gün ərzində azad edilməsi dövlətimizin qüdrətinin və xalqımızın həmrəyliyinin bariz nümunəsidir”.

Deputatlığa namizəd K.Qafarov seçiciləri zəfər tariximizin ilk parlament seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədlərinə səs verməyə çağırıb.

Görüşdə  Elçin İsgəndərzadə, Zakif Abbasov və digərləri çıxış ediblər. Qeyd olunub ki, dövlət başçısı cənab İlham Əliyevin dövlətimiz və xalqımız qarşısında xidmətləri göz önündədir. Bu nailiyyətlərimiz təkcə ölkəmizin daxilində deyil, ölkəmizin hüdudlarından kənarda da etiraf edilir, təqdirlə qarşılanır. Seçicilər çıxışlarında növbəti seçkilərdə fəal iştirak edəcəklərini və YAP-ın namizədlərinə səs verəcəklərini vurğulayıblar.