YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Növbəti qələbənin astanasında

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 1 saylı Şərur-Sədərək seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ziyafət Əsgərovun Maxta, Kürkənd və Düdəngə kənd seçiciləri ilə görüşü keçirilib.

Çıxış edən deputatlığa namizəd Ziyafət Əsgərov Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu gün Azərbaycanın yalnız regionun deyil, eləcə də dünyanın ən güclü dövlətlərindən biri olduğunu diqqətə çatdırıb. O, partiyanın hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını deyib, YAP-ın bu dəfə də qələbə qazanacağına əminliyini ifadə edib. 

“Bu gün böyük fəxr hissi ilə tarixi Zəfərimizin reallıqlarını yaşayırıq” deyən Ziyafət Əsgərov Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərindən, soydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarına köçürülməsindən də danışıb.

Z.Əsgərov onu da bildirib ki,  Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün qəbul edilən Dövlət Proqramının əsas məqsədi davamlı iqtisadi artımı təmin etmək, vətəndaşların həyat səviyyəsini yaxşılaşdırmaq, sosial-iqtisadi yüksəlişə nail olmaqdır.

Ziyafət Əsgərov seçiciləri səsvermə hüquqlarından istifadə edərək seçkilərdə aktiv iştirak etməyə dəvət edib.