Seçki-2024
Parlaq qələbələr yolunda
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 72 saylı Cəlilabad kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elman Nəsirovun Soltankənd, Təzəkənd, Qarğılı, Badamağac, Əsədli və Məlikqasımlı kəndlərində seçicilər ilə məhəlli görüşləri keçirilib.
Görüşlərdə Elman Nəsirov ölkəmizin daxili və xarici siyasətindəki uğurlarından danışıb, milli iqtisadiyyatımızın inkişafı üzrə strateji yol xəritəsinə uyğun olaraq yaxın illərdəki qarşıya qoyulan vəzifələri diqqətə çatdırıb. O, daha sonra seçki platforması ilə bağlı məlumat verib, seçiciləri parlament seçkilərində fəal iştiraka çağırıb.
Seçicilər növbəti parlaq qələbələr üçün seçkilərdə fəal olacaqlarını və YAP-ın namizədinə səs verəcəklərini diqqətə çatdırıblar.