YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni mərhələnin əsası

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 39 saylı Gəncə ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Pərvin Kərimzadənin Gəncə şəhərindəki Azərbaycan Dövlət Aqrar Universitenin akt zalında seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov bildirib ki, bu gün Dahi Lider Heydər Əliyevin ölməz ideyaları Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Cənab İlham Əliyevin milli maraqlarımızın qorunmasında, əhalinin rifahının yaxşılaşdırılmasında nümayiş etdirdiyi qəti və prinsipal mövqe, o cümlədən hər bir vətəndaşın hüquqlarına hörmətlə yanaşma, insanlara qayğı faktorunun bütün dövlət strukturları qarşısında ali məqsəd kimi qoyulması Ulu Öndər Heydər Əliyevin siyasi kursunun bu gün də layiqincə davam etdirildiyinə əsaslı sübutdur”.

Deputatlığa namizəd Pərvin Kərimzadə partiyanın seçki platforması haqqında seçicilərə geniş məlumat verib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir.

Pərvin Kərimzadə seçiciləri Yeni Azərbaycan Partiyasını dəstəkləməyə çağırıb.

Görüş iştirakçılarından Cavid Bağırzadə, Eldar Mehdiyev, Kənan Qurbanov və başqaları çıxış edərək vurğulayıblar ki, Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır.

Seçicilər bildiriblər ki, YAP-ın namizədlərinə veriləcək səslər ölkəmizin parlaq gələcəyinə xidmət edəcək.