YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Reallıqlardan irəli gələn hədəflər

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 51 saylı Şirvan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Heydər Əsədovun Şirvan şəhər Vidadi küçəsi və 1 May küçəsində yaşayan seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov bildirib ki, ölkəmizin bütün sahələrdə olan inkişafı göz önündədir, ən vacib məqam isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasıdır: “Builki parlament seçkiləri digərlərindən xüsusilə fərqlənərək, ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçiriləcək. YAP-ın seçki platformasında qeyd edildiyi kimi, ölkəmizin siyasi sistemində aparıcı rola malik Yeni Azərbaycan Partiyası bu seçkilərə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz möhtəşəm ümumxalq Zəfərindən sonra yaranmış reallıqlardan irəli gələn hədəflərlə - Yeni dövrə Yeni Azərbaycanla qatılır”.

Deputatlığa namizəd Heydər Əsədov Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında geniş məlumat verib. Bildirib ki, ölkəmizdə seçkiqabağı mühit istər cəmiyyətdə mövcud olan ictimai-siyasi durum, istərsə də həmrəylik və əmin-amanlıq baxımından çox yüksək səviyyədədir. Qeyd olunub ki, bu mənada, seçicilərimiz Zəfərə, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin bərpasına, Qarabağın əzəmətli quruculuğuna, Böyük Qayıdışa və xalqın rifahına səs verəcək.

Seçicilər Yeni Azərbaycan Partiyasına olan etimadlarını ifadə edərək, öz səsvermə hüquqlarından istifadə edəcəklərini bildiriblər.