YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Zamanında atılan addımlar

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 55 saylı Siyəzən-Quba-Xızı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Müşfiq Məmmədlinin Siyəzən şəhərində seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP  Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev  yeni dövrə qədəm qoyan yeni Azərbaycanın  hədəflərindən bəhs edib. Bildirib ki, bu hədəflərin gerçəkləşdirilməsi Azərbaycanı möhtəşəm uğurlara qovuşduracaq. O, seçicilərin yeni dövrə qədəm qoyan Azərbaycanın daha da inkşafı üçün səsvermə prosesində yüksək fəallıq nümayiş etdirəcəklərinə inandığını qeyd edib.

Deputatlığa namizəd Müşfiq Məmmədli isə bildirib ki, bu gün bütün dünya azərbaycanlıları dövlətimizin qazandığı uğurlarla qürur duyur. Bu qələbələrin memarı Prezident İlham Əliyevdir. M.Məmmədli  aparılan  uğurlu siyasətin davamı olaraq xalqımızın seçkilərdə aktiv iştirak edəcəyinə və YAP namizədlərini dəstəkləyəcəklərinə inamını vurğulayıb.

Görüşlərdə çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və  YAP-ın namizədinə səs verməyə çağırıblar.