YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qələbələrin izi ilə...

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 20 saylı Nərimanov ikinci seçki dairəsindən namizədliyi irəli sürülmüş Samir Vəliyev Nərimanov rayonunun müxtəlif ünvanlarında yaşayan seçicilərlə məhəlli görüşlər keçirilib.

Görüşdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında ətraflı məlumat verib. O, ölkəmizdə həyata keçirilən siyasət nəticəsində bütün sahələrdə uğurların əldə edildiyini bildirib: “Aparılan uğurlu islahatlar nəticəsində dövlətimiz gündən-günə inkişaf edir, iqtisadiyyatımız güclənir, insanların rifah halı yaxşılaşır. Təbii ki, bütün bunlara görə, Prezident İlham Əliyevə təşəkkür edirik. Şübhə yoxdur ki, bu inkişaf qarşıdakı illərdə daha da artacaq”.

Deputatlığa namizəd Samir Vəliyev bildirib ki, Azərbaycanda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kurs İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində insan amili, vətəndaşların sosial durumu dayanır.

S.Vəliyev ölkənin tərəqqisi, gələcək inkişafı və firavanlıq naminə qarşıdan gələn parlament seçkilərində hər kəsi YAP-ın namizədlərini dəstəkləməyə çağırıb, həmçinin seçiciləri maraqlandıran sualları cavablandırıb.

Görüşlərdə seçicilərə YAP tərəfindən hazırlanmış maarifləndirici təbliğat materialları paylanılıb.