YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Nailiyyətlərimiz davamlıdır

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 44  saylı Sumqayıt üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mehriban Vəliyevanın Tarix Muzeyində  və YAP Sumqayıt şəhər təşkilatında seçicilərlə, ziyalı qadınlarla görüşü keçirilib.

Görüşləri giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədr müavini  Cavid Məmiyev partiyanın hər  zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını vurğulayaraq YAP-ın bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib.

 O, deputatlığa namizəd Mehriban Vəliyeva haqqında seçicilərə məlumat verib.

Çıxış edən deputatlığa namizəd Mehriban Vəliyeva əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. “Ulu Öndərin uzaqgörən siyasi kursu dövlətimizi və xalqımızı daim qələbələrə aparır”, deyən deputatlığa namizəd M.Vəliyeva vurğulayıb ki, bu gün Azərbaycanın dünyadakı rolu və mövqeyi bunu deməyə əsas verir: “Ölkəmiz daha da qüdrətlənir, günü-gündən inkişaf edir, mühüm iqtisadi, siyasi layihələrin əsas iştirakçılarından biri olaraq özünün gələcək inkişafını təmin edir. Bu gün dövlət başçısı İlham Əliyevin beynəlxalq arenada sahib olduğu nüfuzu və qətiyyətli mövqeyi Azərbaycanın söz sahibinə çevrilməsinə və bir çox ölkələrlə, beynəlxalq təşkilatlarla birgə münasibətlərinin ən yüksək səviyyədə qurulmasına gətirib çıxarıb”.

M.Vəliyeva çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.

Tədbirdə, həmçinin Prezident təqaüdçüsü Ofeliya Babayeva, şəhid atası Sovet Şükürov, Pərvanə Hacıyeva və digərləri çıxış ediblər. Qeyd olunub ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP daim xalqın mənafeyindən çıxış edib və bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırmaqdadır.

Çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.

Öz  növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, deputatlığa namizəd M.Vəliyeva Sumqayıt şəhər 18-ci mikrorayonun, 48-ci məhəllənin sakinləri ilə məhəlli görüşlər də keçirib.