YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Seçicilər parlament seçkilərində fəallıq nümayiş etdirəcək

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Pərvanə Vəliyevanın Xətai rayonu, Xocalı prospektində yaşayan bir qrup seçici ilə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədr müavini Vüqar Hüseynov deputatlığa namizəd Pərvanə Vəliyeva haqqında  məlumat verib.

Deputatlığa namizəd Pərvanə Vəliyeva çıxış edərək YAP-ın seçki platforması haqqında danışıb. Bildirib ki, ölkəmizdə mövcud olan həmrəylik, xalq-iqtidar birliyi milli təhlükəsizliyin əsaslarını daha da möhkəmləndirir: “Xalqın Prezident İlham Əliyevə olan inamı və etimadı, hörməti sonsuzdur. Bu da dövlətimiz tərəfindən uğurlu aparılan həm daxili, həm də xarici siyasətin nəticəsidir. İnanırıq ki, yeni dövrdə xalqın seçimi yenə də Yeni Azərbaycan Partiyası olacaqdır”.

P.Vəliyeva qeyd edib ki, sosial sahədə islahatların dərinləşdirilməsi, həssas əhali qruplarının, aztəminatlı ailələrin dövlət qayğısı ilə əhatə olunması da YAP-ın əsas məqsədlərindəndir. O, seçki hüququ olan hər kəsi 1 sentyabr tarixində keçiriləcək parlament seçkilərində iştirak etməyə dəvət edib.

Seçicilər adından Nahidə Qafarova, Allahverdi Mahmudov və Saleh Rüstəmov çıxış edərək rayonun gündəliyində duran aktual məsələləri deputatlığa namizədin diqqətinə çatdırıblar. Onlar namizədə dəstəklərini ifadə edərək, YAP namizədinə səs verəcəklərini bildiriblər.

Pərvanə Vəliyeva həmin gün Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Rüfət Mürvət oğlu Əsgərovun doğum günü münasibəti ilə İkinci Fəxri Şəhidlər Xiyabanında onun məzarını ziyarət edib, ailəsi və yaxınları ilə görüşüb.