Seçki-2024
YAP tarixi qələbələrə doğru qətiyyətlə addımlayır
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Kamaləddin Qafarovun YAP Binəqədi rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, ölkəmizin bugünkü inkişafı Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü idarəçilik strategiyasının bariz nümunəsidir: “Xalqımızın çətin vəziyyətə düşdüyü illərdə xilaskarlıq missiyasını öz üzərinə götürən dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörən siyasəti ilə dövlətimiz məhv olmaq təhlükəsindən xilas oldu. Bir sözlə, müstəqil və müasir Azərbaycan Ulu Öndərin, bugünkü inkişafımız və tarixi zəfərimiz isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin şah əsəridir”.
Çıxış edən deputatlığa namizəd Kamaləddin Qafarov vurğulayıb ki, Yeni Azərbaycan Partiyası dünənin, bugünün və gələcəyin partiyasıdır: “Bu partiya ölkəmizin siyasi həyatında özünəməxsus rol oynayaraq mühüm ictimai-siyasi proseslərə öz mühüm töhfəsini verir. Bugünkü uğurlarımızda da partiyanın rolu danılmazdır. Bütün milli və beynəlxalq məsələlərdə Yeni Azərbaycan Partiyası dövlətimizlə və xalqımızla birgə addımlayaraq öz fəaliyyətə ilə bu siyasətə dəstəyini əsirgəməyib.
Deputatlığa namizdə K.Qafarov seçiciləri Zəfər tariximizin ilk parlament seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədlərinə səs verməyə çağırıb.
Görüş iştirakçısı Ağabala Musayev, seçici Rahilə Heydərova və digərləri çıxış ediblər. Qeyd olunub ki, onlar qarşıdan gələn seçkilərdə fəal iştirak edərək Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklər.