Seçki-2024
Tariximizin yeni dövrü
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Fərhad Baxışovun seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev bildirib ki, Azərbaycanın dinamik inkişafı əhalinin gəlirlərinin artmasına, rifahının yaxşılaşmasına müsbət təsir göstərib. Vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması dövlətimizin, ordumuzun qüdrətini təkcə düşmənə deyil, bütün dünyaya nümayiş etdirib.
O, deputatlığa namizəd Fərhad Baxışov haqqında məlumat verib.
Çıxış edən deputatlığa namizəd Fərhad Baxışov Yeni Azərbaycan Partiyasının tarixi nailiyyətlərindən bəhs edib. O, qeyd edib ki, müasir, müstəqil Azərbaycanın inkişafı YAP-ın adı ilə bağlıdır. Vurğulanıb ki, bu partiyanın dövlətin və cəmiyyətin həyatında mühüm yer tutduğu bütün seçkilərdə bir daha öz təsdiqini tapır. O, YAP-ın növbədənkənar parlament seçkilərinə qələbə əzmi ilə qatıldığını və xalqın dəstəyi ilə daha çox təmsilçilik qazanacağına əmin olduğunu bildirib.
Görüşdə, həmçinin təşviqat qrupunun üzvləri Firdovsi Tağıyev və digərləri çıxış ediblər. Bildirilib ki, seçicilərin mütləq əksəriyyəti hər zaman Yeni Azərbaycan Partiyasının siyasi xəttini dəstəkləyiblər, xalqımız YAP-ın namizədlərinə böyük etimad və ümid bəsləyir.
Öz növbəsində çıxış edən seçicilər 1 sentyabr seçkilərində YAP-ın deputatlığa namizədi Fərhad Baxışova səs verəcəklərini vurğulayıblar.