Seçki-2024
Xalq zəfərlər partiyasını seçir!
Azərbaycan Respublikasının Milli Məclisinə sentyabrın 1-də keçiriləcək seçkilərlə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) 41 saylı Gəncə - Samux – Goranboy seçki dairəsindən deputatlığa namizədi Müşfiq Cəfərov Samux rayonu Tatlı, Zazalı Alıuşağı, Qiyaslı kəndlərinin seçiciləri ilə görüşüb.
Görüşlərdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Deputatlığa namizəd Müşfiq Cəfərov sakinləri maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparıb, seçki platforması barədə məlumat verib.O qeyd edib ki, Yeni Azərbaycan Partiyası seçkilərə yüksək səviyyədə hazırlaşıb.
Görüşdə çıxış edən kənd sakinləri isə bildiriblər ki, YAP-a xalqın inamı və etimadı böyükdür. Bu seçkilərdə də xalq partiyaya, həyata keçirilən uğurlu siyasətə dəstəyini öz seçimiylə təsdiqləyəcək.