YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Güclü Azərbaycana səs verək!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 30 saylı Suraxanı birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sevinc Fətəliyevanın Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən Mirzağa Əliyev adına Mədəniyyət Evində seçicilərlə görüşü keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə yüksək səviyyədə hazırlaşdığını diqqətə çatdırıb.

Çıxış edən deputatlığa namizəd Sevinc Fətəliyeva çıxışı zamanı hazırda Azərbaycanın Ulu Öndər Heydər Əliyevin yolu ilə inamla irəlilədiyini qeyd edib. O bildirib ki, bu yolu uğurla davam etdirən Prezident İlham Əliyevin düzgün siyasəti nəticəsində ölkəmiz regionda söz sahibinə çevrilib.

S.Fətəliyeva sonda seçiciləri səsvermə hüquqlarından istifadə edərək seçkilərdə aktiv iştirak etməyə dəvət edib.

Görüşdə təşviqat qrupunun üzvləri- Arif Babayev, qəsəbə sakinləri Gülşən Osmanova, Köçəri Verdiyev və digərləri çıxış ediblər.

Sonda deputatlığa namizəd Sevinc Fətəliyevanın Hövsan qəsəbəsi E.Məmmədov və Oktay Şabanov küçələrində seçicilərlə məhəllə görüşü baş tutub. Namizəd görüş zamanı seçicilərlə həmsöhbət olub və onları seçkilərdə fəal iştiraka çağırıb.