YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qalib xalqın partiyası

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 52 saylı Yevlax seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş İlham Məmmədovun rayonun Qaraməmmədli və Rüstəmli kəndinin seçicilərilə görüşü keçirilib.

Əvvəlcə görüşdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prisipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.

YAP-ın namizədi İlham Məmmədov partiyanın seçki platforması haqqında seçicilərə geniş məlumat verib, onları qalib xalqın qələbələr partiyasını-Yeni Azərbaycan Partiyasını dəstəkləməyə çağırıb.

Çıxış edən təşviqat qrupunun üzvləri Zərxanım Əhmədova, Vahid Quliyev və Elşad Ağayev vurğulayıblar ki, Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır.

Görüş zamanı çıxış edən seçicilər isə 1 sentyabr - parlament seçkilərində fəal iştirak edəcəklərini, Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini diqqətə çatdırıblar.