Seçki-2024
“YAP-a inamımız sonsuzdur!”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Musa Mustafayevin Qaradağ rayonu, Qızıldaş qəsəbəsinin seçiciləri ilə görüşü keçirilib.
YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev diqqəti ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının seçki platformasına yönəldib. O, 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz və ötən ilin sentyabr ayında suverenliyimizin tam bərpa olunmasının Azərbaycanın qarşısında yeni imkanlar açdığını deyib. Daha sonra rayon təşkilatının sədri deputatlığa namizəd Musa Mustafayev haqqında məlumat verib.
Görüşdə çıxış edən deputatlığa namizəd Musa Mustafayev Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən genişmiqyaslı işlərdən danışıb. O, Azərbaycan siyasi palitrasının ən güclü ictimai-siyasi təşkilatı olan YAP-ın mütəmadi qələbələr qazandığını və seçki təcrübəsini daim artırdığını diqqətə çatdırıb.
Tədbir iştirakçılarından şəhid anası Əfruzə Qasımova Faiq Qurbanov, Tahir Xəlilov çıxış edərək seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.
Öz növbəsində seçicilər Vəli Muradov, Məlahət Ağayeva, Hüsniyyə Hüseynova və digərləri “YAP-a inamımız sonsuzdur!” deyə vurğulayıblar.