YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki-2024

Zəruri addımlar atılır

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 37 saylı Qaradağ seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Aydın Hüseynovun Səngəçal qəsəbəsində seçicilərlə görüşü keçirilib.

Deputatlığa namizəd Aydın Hüseynov Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında ətraflı məlumat verib. Bildirib ki, dövlətçiliyin möhkəmlənməsi, müstəqilliyin əbədiliyi naminə qüvvələri eyni məqsəd naminə birləşdirən YAP fəaliyyətini xalqın istək və arzularına uyğun müəyyənləşdirir. O, Yeni Azərbaycan Partiyasının ölkədə milli birlik və həmrəyliyin yaranmasında aparıcı siyasi qüvvə kimi öz rolunu əməli fəaliyyəti ilə doğrultduğunu qeyd edib, seçiciləri qarşıdan gələn parlament seçkilərində fəal olmağa çağırıb.

Seçki qərargahının üzvü Zöhrab Babayev çıxış edərək seçiciləri növbəti nəaliyyətlər naminə YAP-ın namizədinə səs verməyə çağırıb.

Öz növbəsində qəsəbə seçiciləri 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, deputatlığa namizəd Aydın Hüseynov Ələt qəsəbəsində Vətən müharibəsi şəhidi Elnur Dönməz oğlu İbrahimovun doğum günü münasibəti ilə ailəsini ziyarət edib, həmçinin rayonun bir neçə qəsəbəsində fərdi və məhəlli görüşlər keçirib.