YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Seçkilər xalqın YAP-a inamının növbəti ifadəsi olacaq

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 76 saylı Lənkəran-Masallı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Cavanşir Paşazadə YAP Lənkəran rayon təşkilatının qərargahında seçicilərlə növbəti görüş keçirib.

Görüşü giriş sözü ilə açan YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev YAP-ın seçki platforması və partiyanın qarşıda duran başlıca məqsədləri barədə məlumat verərək seçiciləri seçki prosesində fəal iştirak etməyə çağırıb. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bir çox uğurlara imza atıb.

Daha sonra çıxış edən Cavanşir Paşazadə Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli tarixi yoldan danışıb, partiyanın qarşıya qoyduğu yeni hədəflərin reallaşdırılmasının yeni qələbələrə yol açacağını vurğulayıb: “Ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının qorunması, əhalinin sosial rifahının yaxşılaşdırılması əsas amala çevrilib. Dövlət başçısının uğurlu xarici siyasəti sayəsində ölkəmiz beynəlxalq birlikdəki nüfuzunu günbəgün artırmaqdadır. Bu gün Azərbaycanda bütün sahələrin inkişafı təmin olunub”.

Namizəd  deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.

Görüşdə çıxış edən seçicilər son illər ölkəmizdə, o cümlədən cənub bölgəsində həyata keçirilən çoxsaylı tədbirləri yüksək qiymətləndirərək fikir və təkliflərini bildiriblər. Həmçinin seçicilər sentyabrın 1-də keçiriləcək seçkilərdə YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.