Seçki-2024
YAP - gənclərin partiyası!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 4 saylı Naxçıvan şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Eldar İbrahimovun YAP Naxçıvan şəhər təşkilatının qərargahında ilk dəfə səs verəcək seçicilərlə görüşü keçirilib.
YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli giriş sözü ilə çıxış edib və Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb.
Çıxış edən deputatlığa namizəd Eldar İbrahimov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O bildirib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Ən mühüm məqam isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasıdır.
Eldar İbrahimov çıxışında gənc seçicilərə seçkilərin ölkəmiz üçün əhəmiyyətində danışıb və onları həm parlament seçkilərində, həm də siyasi proseslərdə fəal iştirak etməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.