YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Kürdəmirlilər yekdilliklə YAP-ın namizədini dəstəkləyirlər

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 95 saylı Zərdab-Kürdəmir-Ucar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Səliqə İsmayılovanın Kürdəmir rayonu, Mollakənd kəndində seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Zərdab rayon təşkilatının sədr müavini Ələkbər Kərimov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qoşulduğunu diqqətə çatdırıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin qurub yaratdığı Azərbaycan Respublikası bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm uğurlara imza atır, günü-gündən inkişaf edir.

O, deputatlığa namizəd Səliqə İsmayılova haqqında seçicilərə məlumat verib.

Deputatlığa namizəd Səliqə İsmayılova YAP-ın seçki platforması haqqında məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan misilsiz inkişaf yolu keçib: “Əldə olunan iqtisadi uğurlar, ölkənin beynəlxalq imicinin artması, regionun lider dövlətinə çevrilməsi, ən əsası isə böyük Zəfər tariximiz hər bir vətəndaşın qəlbini fəxarət hissi ilə qürurlandırır. Tarixi qələbələr nəticəsində qarşıdan gələn parlament seçkiləri ölkəmizin bütün ərazilərində keçiriləcək.”

Təşviqat qrupunun üzvləri Xalidə Xəlilova və Nicat Əhmədzadə ölkəmizin tərəqqisində Yeni Azərbaycan Partiyasının xüsusi rolundan bəhs edərək seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıblar.

Seçicilər də öz növbəsində Azərbaycanın gələcək uğurları naminə YAP-ın namizədini dəstəkləyəcəklərini deyiblər.