Seçki-2024
Hacıqabullular “Yeni Dövrə Yeni Azərbaycanla” gedir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Aqil Aslanovun Hacıqabul rayonunun 2-ci Udullu kəndində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov qeyd edib ki, Yeni Azərbaycan Partiyası qələbələr, zəfərlər partiyasıdır: “Bu günə qədər qatıldığı bütün seçkilərdə qələbə qazanan Yeni Azərbaycan Partiyasının qarşıdan gələn parlament seçkilərində də xalqın dəstəyi ilə inamlı qələbə qazanacağına inanırıq”.
Çıxış edən deputatlığa namizəd Aqil Aslanov Yeni Azərbaycan Partiyasının “Yeni dövrə yeni Azərbaycanla” şüarı ilə bu seçkilərə qatıldığını bildirib və partiyanın seçki platforması haqqında ətraflı məlumat verib. A.Aslanov ölkəmizdə bütün sahələrdə əldə edilən uğurlarda Yeni Azərbaycan Partiyasının xüsusi imzası olduğunu vurğulayıb.
O, seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Çıxış edən kənd seçiciləri yüksək fəallıq şəraitində seçkilərdə iştirak edəcəklərini bildiriblər.
Qeyd edək ki, deputatlığa namizəd Aqil Aslanov kənd ərazisində fərdi görüşlər də keçirib.