YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Seçimimiz bəllidir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 110 saylı Balakən seçki dairəsindən deputatlığa  namizədliyi irəli  sürülmüş Nəsib Məhəməliyevin Şərif kəndində  seçicilərlə  görüşü  keçirilib.
 
Görüşü giriş sözü  ilə  açan YAP Balakən rayon təşkilatının sədri Azad Balayev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan nəinki regionun, bütövlükdə dünyanın ən sabit inkişaf tempinə malik dövlətləri sırasında yer aldığını ifadə edib.
 
Çıxış edən deputatlığa namizəd Nəsib Məhəməliyev əvvəlcə YAP-ın seçki platforması haqqında məlumat verib. Bildirib ki, ötən dövrdə Azərbaycan daxili və xarici siyasətdə böyük uğurlar qazanıb. Bu uğurlar bir daha sübut edib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursu və Azərbaycan dövlətçiliyi etibarlı əllərdədir. Ümummilli Liderin başladığı və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs, sosial və iqtisadi inkişaf yolu Azərbaycan xalqının seçimidir. Bu inkişaf yolu xalqımızın mənafeyinə, onun inamlı sabahına, işıqlı gələcəyinə xidmət edir.
Deputatlığa namizəd çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
 
Tədbirdə, həmçinin təşviqat qrupunun üzvü Ramazan Xutrayev, şəhid atası Şəmsəddin Tuhumov, kənd sakini Səməd Muradov çıxış ediblər. Qeyd olunub ki, Azərbaycan müasir dövlətçilik tarixinin mühüm nailiyyətlərlə zəngin olan şərəfli dönəminə uğurla yekun vuraraq yeni dövrə qədəm qoyub. Natiqlər çıxışlarında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıblar.
 
Görüşdə çıxış edən seçicilər uğurlarımızın davamı naminə YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.