YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP xalqın etimadını qazanmış partiyadır

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Məlahət İbrahimqızının YAP Binəqədi rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov qeyd edib ki, bu gün müstəqil Azərbaycan bütün sahələr üzrə uğurla inkişaf edir, dünyadakı mövqeyini daha da möhkəmləndirir: “Müasir, yenilənən dünyada öz milli hədəfləri var və bu hədəflərə çatmaq üçün məqsədyönlü islahatlarını həyata keçirir. Görülən işlərin nəticəsində dövlətimizin və xalqımızın bugünkü dirçəlişi və rifahı təmin edilib. Ölkəmizin təkcə bu günü üçün deyil, gələcək perspektivdəki uğurlu tərəqqisi naminə atılan addımların əsasını məhz Ulu Öndərimiz Heydər Əliyevin siyasi strategiyası təşkil edir. Bu gün bu strategiya dövlət başçısı İlham Əliyev tərəfindən davam etdirilir”.

Deputatlığa namizəd Məlahət İbrahimqızı çıxışında bildirib ki, YAP fəaliyyətinin bütün dövrlərində müasir Azərbaycan dövlətinin qurucusu və banisi, tariximizdə əvəzsiz xidmətləri olan Heydər Əliyevin siyasi ideyalarını rəhbər tutaraq dövlətimiz və xalqımızla daim birlik, həmrəylik nümayiş etdirib. Vətən müharibəsindəki zəfərimizdən, eləcə də antiterror tədbirlərindən sonra ərazi bütövlüyümüzün tam təmin edilməsi və torpaqlarımızın işğaldan azad edilməsi tariximizin ən unudulmaz parlaq səhifəsidir.

Çıxışının sonunda M.İbrahimqızı bütün seçiciləri qarşıdan gələn seçkilərdə fəal iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıb.

Görüşdə Gülbəniz Sadıqova və digərləri çıxış ediblər. Qeyd olunub ki, YAP Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan, bu gün regionun siyasi arenasında yüksək nüfuza malik olan siyasi partiyadır. Partiya uzun illər ərzində vətəndaşların ona olan ümidlərini doğruldub. Bu baxımdan seçicilər qarşıdan gələn seçkilərdə partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, deputatlığa namizəd seçicilərlə məhəlli görüşlər də keçirib.