Seçki-2024
Hədəflərə doğru addımlayırıq
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 19 saylı Nərimanov birinci seçki dairəsindən namizədliyi irəli sürülmüş Hikmət Məmmədovun Nərimanov rayonu, A. Nemətulla 23 ünvanında yerləşən məhəllədaxili meydanda Daş Karxanası 126-158, 688-712, 831-854 Q ünvanlarında yaşayan seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov partiyanın seçki platforması haqqında seçiciləri məlumatlandırıb.
Görüşdə deputatlığa namizəd Hikmət Məmmədov bildirib ki, qələbələr partiyası olan YAP bu seçkiyə “Yeni dövrə yeni Azərbaycanla” şüarı ilə gedir. Bu da o deməkdir ki, ölkəmiz, dövlətimiz yeni bir dönəmə qədəm qoyub və bu dönəmdə də böyük və uğurlu layihələrə partiyamız imza atacaq
Namizəd ötən dövr ərzində deputat kimi gördüyü işlərdən bəhs edib, ona ünvanlanan müraciətlərə həssas yanaşaraq və mümkün həlli üçün çalışaraq daim sakinlərin yanında olduğunu vurğulayıb.
Hikmət Məmmədov hər kəsi bu seçki prosesində də aktiv iştirak etməyə və partiyanın namizədlərini dəstəkləməyə çağırıb.
Görüşdə çıxış edən seçicilər bildiriblər ki, növbəti dəfə də məhz YAP-ın namizədini dəstəkləyəcəklər.
H. Məmmədov, eyni zamanda Təbriz küçəsi 79 və İ. Həsənoğlu küçəsi 9 ünvanlarında yaşayan seçicilərlə məhəllə görüşü də keçirilib.